Dünən

Karib dənizində böyük qarşıdurma yaranır

ABŞ rəsmiolaraq “narkotik kartelləri ilə mübarizə” üçün Venesuela sahillərinə üç esmines, bir sualtı qayıq, P-8 təyyarəsi və 4000 əsgər (o cümlədən 2200 dəniz piyadası) göndərib.

Təhlil.az xəbər verir ki, Vaşinqton Maduronun özünün kokain alveri ilə məşğul olduğunu iddia edir.

Baş verənlərə cavab olaraq, Venesuela müdafiəsini kəskin şəkildə gücləndirib. Kolumbiya ilə sərhədə 15 000 əsgər göndərilib, təyyarələr, pilotsuz təyyarələr çox sayda milisi səfərbər edilib, kənd hissələri tüfəng və raketlərlə silahlandırılıb, hücum təhlükəsi əsas gətirilərək dronlara 30 günlük qadağa qoyulub.

Bundan əlavə, Karakas ABŞ-nin hərbi kontingetini artırmasına cavab olaraq öz ərazi sularına hərbi gəmilər və pilotsuz təyyarələr yerləşdirib. ABŞ isə öz növbəsində Maduronun həbsinə görə mükafatı ikiqat artıraraq 50 milyon dollara çatdırıb.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?