09 aprel

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunacaq. Tehlil.az xəbər verir ki, bu barədə təqdimat Milli Məclisə daxil olub.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.