15 oktyabr

Hakan Fidanla Sergey Lavrov Bakıda görüşdülər

Bakıda Türkiyə və Rusiyanın xarici işlər nazirləri Hakan Fidanla Sergey Lavrov arasında görüş keçirilib.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Görüş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.

Nazirlərin müzakirə etdiyi mövzular açıqlanmayıb.