Dünən
Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

"Nəsimi rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş 30-a yaxın yaşayış binasının sökülməsi nəzərdə tutulur".
Təhlil.az xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, söküntü işləri əsasən Səməd Vurğun, Bülbül, Şamil Əzizbəyov, Mirzə İbrahimov, Cəlil Məmmədquluzadə və Sabit Rəhman küçələrini əhatə edəcək:
"Sökülməsi planlaşdırılan binaların texniki vəziyyəti ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq aktlar tərtib edilib. Həmin sənədlərdə binaların qəzalı vəziyyətdə olduğu və orada yaşamağın sakinlərin təhlükəsizliyi baxımından risk yaratdığı qeyd olunub".
15 oktyabr
15 oktyabr
15 oktyabr