11 avqust

Abituriyentlərə ixtisas seçimi ilə bağlı vacib MÜRACİƏT

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin rəhbəri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət edib.

Təhlil.az xəbər verir ki, o, videomüraciətində bildirib ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqda 2-3 min ərizənin doldurulduğu, amma təsdiqlənmədiyi üzə çıxır.

Bu isə yüksək bal toplayan abituriyentlərin imtina ilə üzləşməsinə səbəb olur.

Abbaszadə qeyd edib:

• Real balınıza uyğun ixtisas seçmək çox vacibdir.

• İxtisas seçimi zamanı 15 ixtisas seçmək mümkündür, amma bütün xanaları doldurmaq məcburi deyil.

• Yalnız həqiqətən oxumaq istədiyiniz ixtisasları siyahınıza daxil edin. • Son qərarı özünüz verməlisiniz, çünki bu sizin müstəqil həyata atdığınız ilk addımdır.

• “Mən istəmədiyim ixtisasa qəbul olmuşam” kimi fikirlər mümkünsüzdür, çünki qəbul olmaq istəmədiyiniz ixtisası seçməməlisiniz.

• Ərizənizi mütləq özünüz təsdiqləyin.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?