22 aprel

Daş hasar 8 yaşlı uşağın həyatına son qoydu

Cəlilabad rayonunda bədbəxt hadisə nəticəsində azyaşlı uşaq həyatını itirib.

Təhlil.az xəbər verir ki, hadisə Alar kəndində baş verib. Belə ki, 8 yaşlı N.M.-nin üzərinə daş hasar uçub və uşaq hasarın altında qalıb.

O, ağır xəsarətlərlə təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.