21 aprel

Paytaxtda anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Təhlil.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb.

Hazırda yanğının tam söndürülməsi əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?