Bu gün

Toy məclisində zəhərlənənlərin vəziyyəti açıqlandı

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18.04.2025-ci tarixində saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.

Təhlil.az bu barədə TƏBİB-in məlumatına əsasən xəbər verir.

Bildirilib ki, çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

"Müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb", - deyə əlavə edilib.