“28 May” stansiyası nə vaxt bağlanacaq?

“28 May” stansiyasından qatarların “Dərnəgül” stansiyası istiqamətində hərəkətinə məhdudiyyət “Cəfər Cabbarlı” –“Nizami” mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə qoyulacaq. Təhlil.az saytı xəbər verir ki, Bakı Metropolitenindən verilən açıqlamada nəzərdə tutulan işlərə ilin son rübündə başlanılacağı qeyd edilib.
“Sərnişinlərin Qırmızı və Yaşıl xətlərdən, həmçinin “28 May” və “Nizami” stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək”, - deyə qurumdan bildirilib.
Xatırladaq ki, Bakı Metropoliteninin “28 May” stansiyasında kəsişərək birləşən “Qırmızı” və "Yaşıl” xətlərin ayrılması layihəsinin əsas tərkib hissələrindən biri kimi “Dərnəgül” elektrik deposunun inşasına başlanılır. Birinci mərhələ tamamlandıqdan sonra “Qırmızı" və “Yaşıl” xətlərin ayrılması üçün “Cəfər Cabbarlı” və “Nizami” stansiyasiyaları arasında təxminən 200 metrlik tunelin inşası planlaşdırılır. Həmin dövrdə “Qırmızı” xətt üzrə qatarların hərəkəti olduğu kimi qalacaq. Qatarlar “İçərişəhər"- "Həzi Aslanov” istiqamətində hərəkət edəcək.