Bu gün

15 yaşlı Elçin doğum günündən bir gün sonra həyatını itirdi - FOTOLAR

Aprelin 18-i gecə saatlarında Niyazabad kənd sakini, 15 yaşlı Elçin Bağırov mal-qaranı otararkən bataqlığa düşərək boğulub.

Hadisə şahidlərinin bildirdiyinə görə, Elçin at belində otlaq sahəsinə getmiş, lakin bataqlığa düşdükdən sonra çıxmaq mümkün olmayıb. At canını qurtarsa da, yeniyetmə bataqlıqdan çıxa bilməyib.

FHN-nin dalğıcları və kənd sakinləri gecə boyu axtarış aparsalar da, meyit yalnız səhər saatlarında kanalların traktorlarla boşaldılmasından sonra tapılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Elçin Niyazabad kənd tam orta məktəbinin IX sinif şagirdi idi və hadisədən cəmi bir gün əvvəl – aprelin 17-də 15 yaşını qeyd etmişdi.