Bu gün

"Vəd ver, pul al": 88 min manat ələ keçirildi

Nəsimi rayonu ərazisində vətəndaşlara qarşı müxtəlif vədlərlə – işə düzəltmək, təqaüdü bərpa etmək və digər bəhanələrlə aparılan dələduzluq halları ifşa olunub.

Təhlil.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən yaydığı məlumata görə, ümumilikdə 88 600 manat dələduzluq yolu ilə mənimsənilib. Ən böyük məbləğ – 80 min manat, 65 yaşlı qadının övladına iş düzəltmək vədi ilə ələ keçirilib. Bu cinayətlə əlaqədar N.Şükürov (40 yaş) və N.Qasımova (37 yaş) saxlanılıb.

Bundan əlavə, bir vətəndaşın təqaüdünü bərpa edəcəyi vədi ilə 3500 manatını mənimsəyən V.Allahverdiyev, digər vətəndaşın etibarından sui-istifadə edərək 5100 manatını ələ keçirməkdə şübhəli bilinən E.Mirzəyev də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda araşdırmalar davam edir, zərərçəkənlərin sayı artmaqda davam edə bilər.