Bu gün

Qubada qaya uçqunu: Yol bağlandı

Quba-Qonaqkənd avtomobil yolunun 31-ci kilometrliyində gözlənilməz təbiət hadisəsi baş verib – qayalıq ərazidən qopan iri qaya parçaları yola düşərək nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Təhlil.az xəbər verir ki, hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) dərhal hərəkətə keçib. Əraziyə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Agentliyin məlumatına görə, uçqun nəticəsində yolun hərəkət hissəsində olan daşlar təmizlənir və yolun tezliklə açılması üçün işlər sürətlə davam etdirilir.

Hazırda sürücülərə alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.