Sergey Narışkin Bakıda Azərbaycan xüsusi xidmət orqanları ilə danışıqlar aparıb

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin 17–18 aprel tarixlərində Bakıda səfərdə olub və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də digər xüsusi xidmət orqanlarının rəhbərliyi ilə danışıqlar aparıb.
Danışıqlarda bildirilib ki, “Rusiya-Azərbaycan xüsusi xidmət orqanları xətti üzrə əməkdaşlıq dinamik şəkildə inkişaf edir, konstruktivliyə, qarşılıqlı fayda və etimada əsaslanır və hər iki ölkənin milli maraqlarının müdafiəsinə yönəlib”.
Təhlil.az TASS-ın məlumatına istinadla xəbər verir ki, Bakıya səfəri çərçivəsində Sergey Narışkin “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” mövzusunda keçirilən konfransda da çıxış edib. O, çıxışında qeyd edib ki, Əfqanıstan geosiyasətdə mühüm yer tutur və ölkələrimizin ümumi maraqları naminə bu ölkənin bərpasına və çiçəklənməsinə dəstək vermək vacibdir.