Dünən
Dövlət Vergi Xidmətindən XƏBƏRDARLIQ!

Son zamanlar Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinə (https://www.e-taxes.gov.az; https://new.e-taxes.gov.az) daxil olmaq üçün vergi orqanı tərəfindən vergi ödəyicilərinə verilmiş istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir.
Təhlil.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən məlumat verir.
"Belə halların qarşısının alınması məqsədilə vergi ödəyiciləri tərəfindən bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur", - deyə məlumatda qeyd edilib.