Dünən

Yağıntılar Quba, Şamaxı və İsmayıllıda təsirini göstərir

Son günlər yağıntıların düşməsindən sonra ölkə ərazisində, bəzi rayonlarda ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə olunsa da, bu proseslərin ümumi fonu sabit xarakter daşıyır.

Təhlil.az xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev bildirib.

Əli Əliyevin sözlərinə görə, son günlər yağan intensiv yağıntılarla əlaqədar olaraq Quba, Ağsu, Şamaxı və İsmayıllı rayonları ərazisində iqlim faktorları ilə birbaşa əlaqəli mövsümi xarakter daşıyan ekzogen-geoloji proseslərdə müəyyən nisbi aktivlik qeydə alınıb.

Hazırda bu proseslərin inkişaf dinamikası Geoloji Kəşfiyyat Agentliyinin mütəxəssisləri ilə birlikdə qiymətləndirilir.