17 aprel

Ceyhun Bayramov: Azərbaycan Ermənistanla dialoqun və məsələlərin müzakirə olunmasının tərəfdarıdır

Azərbaycan Ermənistanla dialoqun aparılmasının və məsələlərin müzakirə olunmasının tərəfdarıdır.

Təhlil.az xəbər verir ki, bu barədə aprelin 17-də Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, son illərdə Ermənistanla intensiv təmaslar davam etdirilir. “Antalya Diplomatik Forumu çərçivəsində Ermənistanın xarici işlər naziri ilə görüşüm oldu və mən bu görüşü kifayət qədər faydalı hesab edirəm. Hərçənd ki, belə görüşlər məsələlərin tam həllinə gətirib çıxarmasa da, tərəflərin fərqli mövqelərinin və arqumentlərinin qarşılıqlı şəkildə təqdim olunması baxımından əhəmiyyətlidir. Həmin görüş də məhz bu baxımdan faydalı oldu,” – deyə Ceyhun Bayramov qeyd edib.