Neft bazarında canlanma: Azərbaycan markası bahalaşır

Neft bazarlarında son günlərdə müşahidə edilən sabit artım tendensiyası Azərbaycanın “Azeri Light” markalı neftinə də təsirini göstərib.
Təhlil.az xəbər verir ki, belə ki, İtaliyanın Augusta limanında “Azeri Light” neftinin CIF bazisi üzrə bir barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,7% artaraq 72,52 dollara yüksəlib.
Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında bu neft markasının qiyməti də 71,21 dollar olub ki, bu da əvvəlki göstəricidən 0,51 dollar (yəni 0,72%) yüksəkdir.
Digər neft markalarında da artım qeydə alınıb:
URALS – 0,53 dollar və ya 0,95% bahalaşaraq 56,32 dollar/barel
Dated Brent – 0,55 dollar və ya 0,8% artaraq 68,71 dollar/barel
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar olaraq proqnozlaşdırılıb. Mövcud artım dinamikası bu proqnozun reallaşma ehtimalını artırır və neft gəlirlərinə ümidləri gücləndirir. Hazırkı tendensiya həm də Azərbaycanın enerji ixracından əldə etdiyi valyuta axını baxımından müsbət siqnaldır.