Dünən
ADY qeyri-iş günlərində 64 656 sərnişin daşıyıb

ADY 26-29 iyun qeyri-iş günlərində 64 656 sərnişin daşıyıb. Təhlil.az xəbər verir ki, bu barədə qurumun sosial şəbəkə hesablarındakı paylaşımda bildirilib. Qeyd olunan dövrdə ölkədaxili marşutlar üzrə sərnişindaşıma göstəriciləri aşağıdakı kimi olub:
Abşeron dairəvi dəmir yolu – 54 505 nəfər;
Bakı-Qazax-Bakı marşrutu – 6 196 nəfər;
Bakı-Qəbələ-Bakı marşrutu – 1 544 nəfər;
Bakı-Balakən-Bakı marşrutu – 2 411 nəfər.
Qeyd edək ki, ADY 26-29 iyun tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə 12 əlavə reys yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.
Dünən