30 iyun

Səfərov qardaşlarının nəşi təhvil verildi - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində vəhşicəsinə döyülərək öldürülən azərbaycanlı qardaşlar - Ziyəddin və Hüseyn Səfərovların nəşi qohumlarına təhvil verilib.

Təhlil.az xəbər verir ki, daha əvvəl Azərbaycanın Yekaterinburqdadakı Baş Konsulluğu cənazələrin Yekaterinburq Məhkəmə Tibbi ekspertiza bürosunun morqundan alınmasının həyata keçirildiyini açıqlamışdı.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Hadisə nəticəsində 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb.

Qətlə yetirilən şəxslər tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. (real tv)

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?