30 iyun

Peskov: Hazırda Vladimir Putin və İlham Əliyevin telefon söhbəti gündəlikdə yoxdur

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon söhbəti hazırda planlaşdırılmır.

Təhlil.az xəbər verir ki, Rusiya mediasında dərc olunan xəbərlərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda gündəlikdə Vladimir Putin ilə İlham Əliyev arasında söhbət yoxdur, lakin lazım olarsa, bu, ən qısa müddətdə baş tutacaq", - o qeyd edib.

Report

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?