Bu gün
Daha 5 rayonda sosial xidmət mərkəzi fəaliyyət göstərəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi sosial xidmətlər şəbəkəsini genişləndirmək üçün addımlarını sürətləndirir.
Təhlil.az xəbər verir ki, Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov açıqlamasında bildirib ki, ilin sonunadək ölkə üzrə daha 5 yeni sosial xidmət mərkəzi istifadəyə veriləcək.
Onun sözlərinə görə, yeni açılacaq mərkəzlərlə birlikdə ölkədə sosial xidmət mərkəzlərinin ümumi sayı 10-a çatacaq.
"Bizim üçün əsas prioritet, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək və əhalinin həssas qruplarına daha yaxın olmaqdır", – deyə Vüqar Behbudov vurğulayıb.
Bu gün