Bu gün
Ağdamda minaya düşən polis əməkdaşının son vəziyyəti

30.06.2025-ci il tarixində saat 01:50 radələrində Ağdam rayonunda baş verən mina partlayışı səbəbilə xəsarət alan şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
Təhlil.az bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına istinadla xəbər verir.
Qeyd edilib ki, 1988-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sağ ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib və cərrahi əməliyyat edilib:
"Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir".
Qeyd edək ki, iyunun 30-da Ağdam rayonunda mina partlayışı baş verib.