26 iyun

Silahlı Qüvvələr Günü münasibətilə Xankəndidə hərbçilərin yürüşü keçirilib

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilib.

Təhlil.az xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən olunan marşrutlar üzrə yürüş edib. Vətəndaşlar hərbçilərin yürüşünü sevinc və qürur hissi ilə izləyib, alqışlayıblar. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.

AZERTAG

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?