Əsgərin ölümünə səbəb olan gizir mühakimə olundu

Naxçıvandakı N saylı hərbi hissədə əsgər Əsədli Əsgər Firuz oğlunun ölümü ilə bağlı hərbi-hissənin tibb məntəqəsinin rəisi cinayət məsuliyyətinə cəlb edilib.
Təhlil.az xəbər verir ki, gizir Rüstəm Mustafayev 40 dərəcədən yuxarı hərarətlə tibb məntəqəsinə müraciət edən əsgəri lazımi qaydada müayinə etməyib və onu ixtisaslaşmış tibb müəssisəsinə göndərməyib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əsgərin ağır vəziyyətdə olduğunu bildiyi halda ona müxtəlif vitamin preparatlarını venadaxili yeridib. Bundan sonra əsgərin vəziyyəti daha da pisləşib, qısa müddət sonra vəfat edib.
Mustafayev Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə mühakimə edilib. (Qafqazinfo)