Bu gün
ABŞ vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Gecə saatlarında da xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edib.
Təhlil.az xəbər verir ki, 10-dan çox ABŞ və İran vətəndaşı Azərbaycana təxliyə olunub.
Onlar Azərbaycan dövlətinə təxliyə üçün təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.
Bu gün