Bu gün

Ekspert: "Antiterror əməliyyatı Azərbaycanın sayəsində böyümədi” - AÇIQLAMA

İsrail Livan hökuməti ilə vasitəçilik səylərinə görə Azərbaycana minnətdardır. Bu, Hizbullah terror təşkilatı ilə mübarizənin daha da gərginləşməsinin qarşısını almağa imkan verib.

Bunu tehlil.az saytına açıqlamasında İsrail Jurnalistlər Birliyinin Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, jurnalist və publisist Rostislav Qoltsman deyib.

O bildirib ki, İsrail “Hizbullah”a hücumu hazırlamazdan əvvəl Livan əhalisi arasında çoxlu sayda itki verməmək üçün birbaşa Livan hökumətinə xəbərdarlıq edib. 

“Biz daha sonra xəbərdarlıq etdik ki, Livan ərazisindən İsrailə doğru bircə dəfə belə atəş olsa, Hizbullahın atəş edib-etməməsindən asılı olmayaraq, o zaman təkcə Hizbullah deyil, Livan da məhv ediləcək. Bilirsiniz ki, Livan hökuməti ilə bizim əlaqəmiz Bakıdan keçir. Yalnız Azərbaycanın sayəsində biz İsrail qoşunlarının Livana geniş miqyaslı yeridilməsinin qarşısını ala bildik. Çünki Bakıdan bu diplomatik kanal var idi. Azərbaycan Xarici İşlər Nazirliyinin sayəsində antiterror əməliyyatının bir çox neqativ nəticələrinin qarşısını almaq mümkün olub”, - deyə, ekspert bildirib.

İsrailli jurnalist R.Qoltsman Azərbaycan-Ermənistan münasibətləri ilə İsrail-İordaniya arasında illər əvvəlki sülh prosesi arasında maraqlı paralellər aparıb.

O xatırladıb ki, vaxtilə İsrailin İordaniya ilə sülh sazişi imzalaya bilməməsinin nəticələri bu gün də hiss olunur: “Eyni vəziyyətin Cənubi Qafqazda da təkrarlanma riski var. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmadığı müddətdə müharibə faktiki olaraq başa çatmış sayılmır. Yəni atəşkəs və sakit dövrlər olsa belə, münaqişənin əsası hələ də qalır. Əgər tərəflər rəsmi sülh müqaviləsi imzalamazsa, sabitlik və etimad daimi ola bilməz”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan əhalisinin tarixi ərazilərindən zorla çıxarılması və həmin ərazilərə erməni əhalisinin köçürülməsi danılmaz faktdır.

Onun sözlərinə görə, bu, təkcə siyasi məsələ deyil, həm də beynəlxalq hüquq baxımından hərbi cinayət sayılır və Ermənistan bu faktları inkar edə bilməz.

Rasim Babayev

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?