Bu gün
İş axtaranların nəzərinə!

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə xüsusi təyinatlı nəqliyyat vasitələrini idarə etmək məqsədilə “ekskavator operatoru” vəzifəsində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.
Təhlil.az xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, namizədlərin müvafiq vəsiqə və sertifikatları, sözügdən sahədə 2 ilə qədər iş stajı olmalıdır.
Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq sənədləri [email protected] ünvanına göndərməlidir.
Sənəd qəbulu cari ilin 31 avqust tarixinədək həyata keçiriləcək.
Bu gün
Bu gün