Bu gün

Cərimələrin bir hissəsi polisə ayrılacaq

Cərimələrin 5 faizi polislərin sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə ediləcək.

Təhlil.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Polis haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, yol verilən qanun pozuntuları ilə əlaqədar polis əməkdaşlarının tətbiq etdiyi cərimələrin 5 faizi onların sosial müdafiəsi üçün yaradılan xüsusi fonda əlavə olunacaq.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?