Bakı UFC tarixində: Döyüş gecəsinin favoritləri kimlərdir? - SİYAHI

Bu gün Bakı ilk dəfə dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri olan Mütləq Döyüş Çempionatı (UFC) turnirinə ev sahibliyi edəcək.
Təhlil.az xəbər verir ki, “UFC Fight Night” adı altında keçirilən tədbir Bakı Kristal Zalında baş tutacaq.
Yarışın ilkin döyüşləri saat 20:00-da, əsas qarşılaşmalar isə saat 23:00-da başlayacaq.
Turnirin əsas qarşılaşmasında ABŞ döyüşçüləri Camal Hill və Halil Rountri yarım ağır çəkidə qarşı-qarşıya gələcəklər.
Ən maraqlı məqamlarından biri isə azərbaycanlı döyüşçülərin iştirakı və onların hər birinin fərqli rəqiblərlə oktagona çıxacağıdır.
Tofiq Musayev – Mıktıbek Orolbai (Qırğızıstan)
Rafael Fiziyev – İqnasio Bahamondes (Çili)
Nazim Sadıxov – Nikolas Motta (Braziliya)
“UFC Fight Night”ın görüşləri
İlkin döyüşlər
Yarım yüngül çəki: İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)
Yarım orta çəki: Sok Hyön Ko (Cənubi Koreya) - Oban Elliott (Uels)
Ağır çəki: Hamdi Abdel Vahab (Misir) - Muhammad Usman (Nigeriya)
Yarım yüngül çəki: Melissa Mallins (İngiltərə) - Darya Jeleznyakova (Rusiya)
Orta çəki: İsmail Naurdiyev (Mərakeş) - Pak Çun Yon (Cənubi Koreya)
Super yüngül çəki: Taqir Ulanbekov (Rusiya) - Maksum Azat (Qazaxıstan)
Əsas döyüşlər
Yarım yüngül çəki: Məhəmməd Nayimov (Tacikistan) - Boqdan Qrad (Avstriya)
Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)
Ağır çəki: Körtis Bleyds - Rizvan Kuniyev (Rusiya)
Yüngül çəki: Tofiq Musayev (Azərbaycan) - Mıktıbek Orolbai (Qırğızıstan)
Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)
Yarım ağır çəki: Camal Hill (ABŞ) - Halil Rauntri (ABŞ)