Bu gün

Ənvər Qasımzadə küçəsinin müəyyən hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan iyunun 22-si saat 22:00-a qədər Bakının Nəsimi rayonunun Ənvər Qasımzadə küçəsində təmir işləri aparılacaq. Təhlil.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq küçənin Azadlıq prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?