Bu gün

Avstraliya Azərbaycana təşəkkür edib

İyunun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avstraliyanın xarici işlər naziri Penni Vonq arasında telefon danışığı olub.

Təhlil.az Azərbaycanın Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Avstraliyanın xarici işlər naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi planları barədə məlumat verib və Azərbaycan tərəfindən göstərilən dəstəyə görə təşəkkür edib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıb, iki ölkə Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələr mexanizminin əhəmiyyətini vurğulayıblar.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?