Mədəniyyət Nazirliyi sosial şəbəkələrdə liderdir – Statistika

Media Təhlil Mərkəzinin (MTM) may ayı üzrə dövlət qurumlarının sosial şəbəkələrdə aktivlik indeksi ilə bağlı hesabatına əsasən, ötən ay “Facebook”da ən çox paylaşım edən qurum Mədəniyyət Nazirliyi olub. Hesabat dövründə nazirliyin səhifəsində 220 paylaşım yer alıb.
İkinci sırada 202 paylaşımla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərarlaşıb. İlk üçlüyü reytinq göstəricisi 186-ya bərabər olan Müdafiə Nazirliyi tamamlayıb.
Siyahının 4-cüsü Gənclər və İdman Nazirliyi, 5-cisi isə Diasporla İş üzrə Dövlət Komitəsi olub.
“Instagram” üzrə reytinq siyahısına da Mədəniyyət Nazirliyi başçılıq edir. Burada nazirliyin göstəricisi 178-ə bərabər olub.
Gənclər və İdman Nazirliyi 173 paylaşımla ikinci, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə 166 paylaşımla üçüncü sırada yer alıb.
Sonrakı iki pillədə Müdafiə və Kənd Təsərrüfatı nazirlikləri qərarlaşıb.