Bu gün

“Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub - FOTOLAR

Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub.
Təhlil.az xəbər verir ki, festival çərçivəsində keçiriləcək “Səfiəddin əl-Urməvinin Musiqi İrsi – Keçmişlə Müasirlik Arasında” adlı simpoziumun iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə simpoziuma daxil olan musiqiyə aid risalələr təqdim edilib. Sərgi iştirakçılarına burada nümayiş olunan 37 eksponat barədə məlumat verilib.
Azərbaycan, türk, fars və ərəb dillərində yazılmış həmin eksponatlar arasında musiqiyə aid risalələr, orta əsrə aid əlyazma miniatürlərində musiqi alətləri yer alıb.
Sərgi qonaqların böyük marağına səbəb olub.

 

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?