Dünən

Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə magistral su xətti çəkilib

Ağdam rayonunun Kəngərli və Xıdırlı kəndlərinin xarici su təchizatı və kanalizasiya sisteminin yaradılması layihəsi çərçivəsində Xıdırlı kəndində 3 km magistral su xətti, 2.1 km kanalizasiya kollektor xətti çəkilib.

Təhlil.az xəbər verir ki, bunu Zabuxçay su anbarına təşkil edilən mediatur zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi İlham Quliyev deyib.

İ.Quliyev bildirib ki, Kəngərli kəndində 3 km magistral su xətti, 5.73 km kanalizasiya kollektor xətti və 1 ədəd kanalizasiya nasos stansiyasının tikintisi - 65 % icra olunub.

Trend

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?