Bu gün

Bakıda TDT Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması haqqında Əsasnamə imzalanıb

Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

Təhlil.az xəbər verir ki, sənədə əsasən, dövlətlər arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyin möhkəmləndirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sənədi Azərbaycan Ali Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının sədri İnam Kərimov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova, Türkiyə Cümhuriyyətinin Hakimlər və Prokurorlar Şurasının sədri Fuzuli Aydoğdu, Özbəkistan Respublikasının Ali Məhkəmə Şurasının sədri Kholmumin Yodgorov, Qazaxıstan Respublikasının Ali Məhkəmə Şurasının üzvü Yernar Begaliyev, Şimali Kipr Türk Cümhuriyyətinin Ali Məhkəməsinin sədri Bertan Özerdağ imzalayıb.

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?