Bu gün
Ərdoğan: “Azərbaycan məhəlləsi” ilə 49 min yeni yaşayış və iş yeri yaradılıb

Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə inşa edilən “Azərbaycan məhəlləsi”ndə 49 056 iş və yaşayış yeri inşa olunub.
Təhlil.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
O qeyd edib ki, bununla da zəlzələdən sonra təhvil verilən mənzillərin sayı 250 minə çatıb.
Türkiyə Prezidenti zəlzələ bölgəsində salınan məhəllədəki mənzillər və infrastruktur barədə də məlumat verib.
Bu gün