Bu gün

Azərbaycan universitetləri QS Dünya Reytinqində - Siyahı

Azərbaycanın 9 universiteti dünyanın ən nüfuzlu ali təhsil reytinq siyahılarından biri olan “QS World University Rankings”ə daxil olub.

Təhlil.az xəbər verir ki, bu, Azərbaycan təhsil tarixində ilk dəfə baş verir və öncədən maksimum 3 universitetlə təmsil olunan ölkəmiz üçün mühüm nailiyyətdir.

Bakı Dövlət Universiteti (BDU) – 688-ci pillədə qərarlaşıb və bu nəticə ilə Cənubi Qafqazın lideri olub.

İlk dəfə olaraq 6 universitetimiz TOP 1000-də yer alıb.

Siyahıda Azərbaycan universitetlərinin sıralaması belədir:

688 – Bakı Dövlət Universiteti (BDU)

801-850 – Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

851-900 – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)

851-900 – Azərbaycan Texniki Universiteti (AzTU) (ilk dəfə)

901-950 – Bakı Mühəndislik Universiteti (BMU) (ilk dəfə)

951-1000 – Xəzər Universiteti

1001-1200 – Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) (ilk dəfə)

1001-1200 – Sumqayıt Dövlət Universiteti (SDU) (ilk dəfə)

1201-1400 – ADA Universiteti (ilk dəfə)

SORĞU

İsrail-İran müharibəsi

İsrail və İran arasında münaqişənin genişlənməsi ehtimalı sizi nə dərəcədə narahat edir?