10 aprel
Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab tədbirləri görüb

Aprelin 9-u saat 23:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsüskənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Təhlil.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.