Dünən

Şərqşünas alim: “İranın Zəngəzur dəhlizi ilə bağlı İrəvana dəstəyi zəifləyəcək” - AÇIQLAMA

İsrail və İran arasında qızışan hərbi qarşıdurma təkcə Yaxın Şərqdə deyil, Cənubi Qafqazda da yeni reallıqlar formalaşdırır.

Bu barədə təhlil.az saytına danışan şərqşünas alim, ADA Universitetinin dəvət olunmuş eksperti Ruslan Süleymanov bildirib ki, Tehran artıq Zəngəzur dəhlizi məsələsində İrəvana əvvəlki kimi arxa durmayacaq.

"Ermənistan üzrə ixtisaslaşmasam da, geopolitik mənzərəni izləyən biri kimi deyə bilərəm ki, İranın bu bölgədəki təsiri ciddi şəkildə zəifləyəcək", – deyən Süleymanovun qənaətincə, hərbi əməliyyatların necə bitməsindən asılı olmayaraq, Ermənistanın Zəngəzurla bağlı İrana bel bağlaması real görünmür.

Ekspertin sözlərinə görə, Tehran artıq Bakıya şübhə ilə yanaşır:

“İran mətbuatını izləsəniz, görərsiniz ki, son günlər Azərbaycana münasibət daha da sərtləşib. Azərbaycan-Türkiyə ittifaqı, İsraillə münasibətlərin inkişafı Tehranda narahatlıq doğurur. Bu da təsadüfi deyil ki, bəzi İran nəşrləri artıq Azərbaycan Respublikası deyil, Bakı Respublikası ifadəsini işlədirlər”, – deyə, R .Süleymanov qeyd edib. 

Rasim Babayev

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?