Bu gün

Azərbaycanda kazino oyunlarına icazə ilə bağlı bəzi detallar

Azərbaycanda kazino oyunlarına icazə ilə bağlı bəzi detallar müəyyənləşib:
 

Təhlil.az xəbər verir ki, ölkədə kazino oyunları yalnız süni torpaq sahələrində təşkil edilə və keçirilə biləcək;

- Kazino oyunlarının təşkili üçün lisenziya tələb olunur, bu lisenziyanın dövlət rüsumu 340 min manat təşkil edəcək. Bu lisenziya hər il yenilənməlidir;

- Kazino oyunlarının virtual formada, o cümlədən internet şəbəkəsi, mobil rabitə şəbəkəsi, sosial media platformaları, habelə digər texnologiyalara əsaslanan platformalar vasitəsilə təşkilinə yol verilməyəcək;

- 21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək;

- Qanunla müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları kazino oyunları hesab olunmayacaq.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?