Bu gün

"28 May" stansiyasında həyəcanlı anlar – Tələbə relsə düşdü!

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Təhlil.az xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc yaşlı sərnişin stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiqləyib. O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

"Tələbə stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq gənc polisə təhvil verilib", - deyə, B. Məmmədov əlavə edib. (modern.az)

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?