Bu gün

Xameneyi: "Döyüş başlayır"

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi İsraillə hərbi qarşıdurmanın yeni fazaya keçdiyini elan edib.

Təhlil.az xəbər verir ki, Xameneyi bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək “Döyüş başlayır” mesajını verib. 

Bəyanat iyunun 13-nə keçən gecə İsrailin İrandakı nüvə və hərbi obyektlərə aviazərbələr endirməsindən sonra səsləndirilib. Hücumlar İranın nüvə proqramı ilə bağlı infrastrukturunu və iranlı generalların yerləşdiyi obyektləri hədəf alıb.

İran tərəfi isə cavab reaksiyasını dərhal verib. Həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) cavab əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib.

 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?