Bu gün

Belarus, Rusiya, Tacikistan və Vyetnamdan bir qrup şəxs İrandan Azərbaycana təxliyə edilib

23 Belarus vətəndaşı İrandan uğurla təxliyə edilib.

Təhlil.az xəbər verir ki, bu barədə Belarusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qurum, vətəndaşların ölkədən çıxışı üçün yaradılan şəraitə görə İran və Azərbaycan tərəfdaşlarına xüsusi minnətdarlığını bildirib, həmçinin Rusiya tərəfdaşlarına səmərəli əməkdaşlıq və dəstəyə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Belarus vətəndaşları ilə yanaşı, Rusiya, Tacikistan və Vyetnamdan olan bir qrup şəxs də Azərbaycana təxliyə edilib. Onlar arasında arasında diplomatik korpusların nümayəndələri və onların ailə üzvləri, eləcə də İranda müxtəlif sahələrdə çalışan şəxslər var.

Təxliyə olunan ən böyük qrup İranda bir aydır film çəkilişi ilə məşğul olan Rusiyanın incəsənət ustalarından ibarətdir.

 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?