Dünən
13 yaşlı azərbaycanlı şahmatçı dünya ikincisini məğlub etdi - VİDEO

İngiltərənin paytaxtı Londonda komandalar arasında rapid üzrə dünya çempionatında 13 yaşlı azərbaycanlı şahmatçı Xaqan Əhməd dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlib.
Təhlil.az xəbər veri ki, Türkiyə komandasının heyətində çıxış edən 13 yaşlı azərbaycanlı şahmatçı 2290 FIDE reytinqinə sahibdir. Həmyerlimiz eyni gündə blits yarışında 13 oyundan doqquzunda rəqibləri üstələyib.