Dünən
Azərbaycan vasitəçiliyi ilə Qazaxıstan vətəndaşları ölkələrinə qayıtdı

Qazaxıstanın yeddi vətəndaşı öz ölkəsinə qayıtması üçün Azərbaycanın Astara sərhəd-keçid məntəqəsindən keçib.
Təhlil.az xəbər verir ki, evakuasiya prosesi davam edir.
Xatırladaq ki, Azərbaycan bəzi xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi məqsədilə Astara sərhəd-keçid məntəqəsində zəruri şərait yaradıb. Bu addım humanitar məqsədlərlə atılıb və müvafiq koordinasiya çərçivəsində həyata keçirilir.
Təxliyə prosesi zamanı təhlükəsizlik və loqistik məsələlər tam təmin olunub.
Dünən