13 iyun

Yeni gömrük qaydası: Mal gətirmək istəyən zəmanət göstərməlidir

Xaricdən şəxsi istifadə üçün mal gətirən vətəndaşlara dair gömrük tələbləri sərtləşdirilir. Yeni mexanizmə əsasən, belə hallarda yaranan gömrük ödənişləri yalnız təminat verildiyi halda qəbul ediləcək.

Təhlil.az xəbər verir ki, bu dəyişiklik Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, fiziki şəxslərin şəxsi və qeyri-kommersiya məqsədilə ölkəyə gətirdiyi mallar üzrə hesablanmış gömrük ödənişləri yalnız borclu şəxs tərəfindən və ya müvafiq təminat yolları ilə ödənildiyi təqdirdə qəbul ediləcək.

Qanun layihəsində göstərilən təminat vasitələrinə aşağıdakılar daxildir:

girov qoyulması,

bank zəmanəti,

gömrük orqanının depozit hesabına avans ödənişi,

sığorta müqaviləsi,

üçüncü şəxsin zaminliyi.

Qeyd olunur ki, bu dəyişikliklər gələcəkdə şəxsi istifadə adı altında kütləvi və ya sistemli mal idxalına qarşı daha effektiv nəzarət imkanları yaradacaq.

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?