12 iyun

Sürücülük vəsiqəsinin verilməsində yenilik tətbiq olunacaq?

Sürücülük vəsiqəsinin verilməsinə görə İQ testi edilməsinin Azərbaycanda gündəmə gələcəyini düşünmürəm. Bizdə sürücülük üçün imtahan sistemi, tibbi arayış və təlim prosesi tətbiq olunur. İQ testi sürücülük qabiliyyəti ilə birbaşa bağlı deyil.

Təhlil.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Eldəniz Cəfərov Türkiyədə sürücülük vəsiqəsi almaq üçün İQ testi tətbiq ediləcəyi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Ekspert bildirib ki, Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün vətəndaş əvvəlcə sürücülük kursuna yazılır, daha sonra təlim keçərək imtahana buraxılır. İmtahandan əvvəl isə müvafiq tibbi arayış tələb olunur:

“Əgər vətəndaşın hər hansısa psixoloji problemi varsa, nə təlimə, nə də imtahana buraxılır. Bu, artıq sistem daxilində nəzərə alınır. Zehni gərginlik və reaksiya zəifliyi isə hər insanda ola bilər. Hətta İQ səviyyəsi yüksək olan şəxslərdə belə bu hallar müşahidə oluna bilər. Bu səbəbdən İQ testi ilə sürücülük qabiliyyətini ölçmək yanlışdır”.

Qeyd edək ki, Türkiyədə qəbul edilən yeni qaydalara əsasən, sürücülük vəsiqəsi almaq istəyənlərin İQ səviyyəsi 79-dan aşağı olmamalıdır.

axar.az

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?