12 iyun

Hindistanda 242 sərnişinlə təyyarə qəzaya uğradı - VİDEO

Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.

Təhlil.az xəbər verir ki, “News18” telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub. Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.

Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.

 

SORĞU

Çörəyin qiyməti

İstehlak etdiyiniz çörəyin keyfiyyətindən razısınızmı?