12 iyun
Vaşinqtonda komendant saatı tətbiq edilib

Spokan şəhərinin meri Liza Braun etirazlar fonunda komendant saatı elan edib.
Təhlil.az xəbər verir ki, qərar iyunun 11-də qəbul edilib. Məhdudiyyətlər saat 21:30-dan səhər saat 5:00-a qədər qüvvədədir.
Meriyanın mətbuat xidmətindən verilən məlumata görə, komendant saatı şəhərin bəzi mərkəzi ərazilərində qüvvədə olacaq.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, fövqəladə halların qarşısının alınması xidmətləri və kütləvi informasiya vasitələri, eləcə də ərazidə yaşayan və işə getməli olanlar üçün istisnalar tətbiq edilib.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə ABŞ prezidenti Donald Trampın immiqrasiya siyasətinə etirazlar başlayıb.
Dünən
Dünən
Dünən
Dünən