Məşqdən sonra süd içmək çox faydalıdır

Tərkibindəki yağdan asılı olmayaraq südün həddindən artıq istehlakı qanda xolesterini səviyyəsinin artmasına və çəki artımına səbəb ola bilər. Təhlil.az xəbər verir ki, bununla belə, bu qidalandırıcı içki məşqdən sonra bərpa üçün yaxşı vasitə sayılır. Bu barədə braziliyalı dietoloq Mariana Alves danışıb. Doktor Alves qeyd edib ki, süd məhsullarını qəbul edərkən diqqətli olmaq lazımdır: “İdeal seçimlər yağ tərkibi azaldılmış variantlardır. İstehlak miqdarına da nəzarət etməlisiniz”. Mütəxəssis qeyd edir ki, hətta yağsız süddə də az miqdarda olsa da, xolesterol var. Xolesterol insan bədənində hormonlar və hüceyrə membranları üçün tikinti materialı kimi xidmət edən yağlardan ibarət bir maddədir. İnsanlar üçün təhlükə xolesterolun həddindən artıq səviyyəsində yaranır. Belə ki, bədəndə onun səviyyəsi artdıqda, damarların divarlarında lümeni daraldan və damarların elastikliyini pozan hissəciklər əmələ gəlir. Dietoloq əlavə edib ki, fiziki məşqlərdən sonra süd içmək faydalıdır. Həkim qeyd edib ki, bu içki gücün bərpasına kömək edir, su-elektrolit balansını tənzimləyir, itirilmiş qida maddələrini bərpa edir: “Süd hətta əzələ kütləsi qazanmağa kömək edə bilər və xüsusilə, enerji içkiləri ilə müqayisədə daha faydalıdır”.
Hikmət Həsənov